...

"PA GOIERNMENT SERIICES" ŞİRKƏTİ AZƏRBAYCANDA "EXIT POLL" KEÇİRƏCƏK

Siyasət Materials 2 Sentyabr 2005 20:40 (UTC +04:00)

ABŞ-nın beynəlxalq inkişaf Agentliyi (USAID) Azərbaycanda 6 noyabra planlaşdırılmış parlament seçkilərində "exit poll" aparılması üçün "PA Government Services" şirkəti ilə saziş imzalanacağını elan edib. Trend bildirir ki, bu barədə ABŞ-nın Bakıdakı səfirliyinin sentyabrın 2-də, cümə günü yayımlanan məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, "exit poll" Azərbaycanın seçki dairələrinin yarısında aparılacaq, onun yekunları isə artıq səsvermə günü açıqlanacaq.

"PA Government Services" şirkəti yerli kadrların hazırlanmasını aparacaq, məlumatların kompyuter və hesablama bazasını yaradacaq ki, bu da respublikada "exit poll" keçirməyə imkan verəcək.

Qeyd olunur ki, "PA Government Services" Afrika, Qafqaz, Əfqanıstan və Orta Asiya ölkələrində çoxsaylı layihələri gerçəkləşdirməklə bütün dünyada tanınan konsaltinq şirkətidir.

Bildirilir ki, "exit poll"-ın aparılması ABŞ-nın Azərbaycanda vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafı, azad və ədalətli seçkilərin keçiriləmsinə dəstəyin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti