Axərbaycan liberal partiyası (ALP) sentyabrın 2-də Azərbaycanın Məçrkəzi Seçki Komissiyasında (MSK) deputatlığa rəsmi qeydiyyatdan keçmiş namizədlərin siyahısını elan edib.
Trend -in məlumatına əsasən, ALP seçki qərargahının rəhbəri Elman Məmmədzadənin imzaladığı məlumatda qeyd olunur ki, 2005-ci il sentyabrın 2-də 70 namizəd MSK-nın qeydiyyatından keçib, onlardan 14-ü qadın, 5-i Qarabağ müharibəsi veteranı, həmçinin biri Azərbaycanın Milli Qəhrəmanı - şəhid anasıdır.
Məlumatda xüsusi qeyd olunur ki, ALP-dan olan namizədlərin siyahısına Azərbaycanın 5 milliyyətdən olan vətəndaşları da daxildir.
Qeyd edək ki, "Milli birlik" hərəkatının Lideri Lalə Şövkət Hacıyeva Bakı şəhəri, Yasamal rayon 17 saylı seçki dairəsində qeydiyyatdan keçib.