...

NYU-YORKDA GÖAM ÖLKƏLƏRİ PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Siyasət Materials 3 Sentyabr 2005 12:17 (UTC +04:00)

Sentyabrın 6-da Milli Məclisin (MM) sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti BMT-nin mənzil qərargahında parlament sədrlərinin İkinci ümumdünya konfransında iştirak etmək üçün Nyu-Yorka yola düşəcək.MM-də Trend agentliyinə bildirilib ki, nümayəndə heyətinin tərkibinə parlament aparatının rəhbəri Səfa Mirzəyev, təbii sərvətlər, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov, beynəlxalq münasibətlər şöbəsinin müdiri Namiq Əliyev və digər rəsmi şəxslər daxildir.

Tədbirdə beynəlxalq məsələlərdə parlamentin fəaliyyəti, çoxtərəfli əməkdaşlıq, parlamentin demokratiyaya töhfəsi və digər problemlər müzakirə ediləcək.Konfransda Murtuz Ələsgərovun çıxışı nəzərdə tutulub.

Tədbir çərçivsəində həmçinin GÖAM üzvü dövlətləri parlament sədrlərinin görüşü də keçiriləcək.Görüşdə GÖAM-nın beynəlxalq təşkilata çevrilməsi, münaqişələrin nizama salınmasında parlamentlərin rolu, GÖAM ilə ABŞ arasında çərçivə proqramları layihəsinin gerçəkləşdirilməsi və digər mövzulara dair fikir mübadiləsi aparılacaq.Sonda yekun sənəd qəbul ediləcək.

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 11-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti