...

İTALİYANIN YENİ SƏFİRİ ÖZ ETİMADNAMƏSİNİN SURƏTİNİ AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLİYİNƏ TƏQDİM EDİB

Siyasət Materials 3 Sentyabr 2005 12:34 (UTC +04:00)

İtaliyanın Bakıdakı yeni səfiri Can Luici Maşa öz etimadnaməsinin surətini Azərbaycan XİN başçısı Elmar Məmmədyarova təqdim edib. AR XİN-nin mətbuat mərkəzində Trend agentliyinə bildirilib ki, səfir D.L.Maşa bütün səyini iki ölkə arasındakı əlaqələrin inkişafına yönəldəcəyini qeyd edib.

Nazir Azərbaycanla İtaliya arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını qeyd edərək bu münasibətlərin hərtərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.E.Məmmədyarov bildirib ki, bir çox sahələrdə, xüsusilə iqtisadiyyat, kənd təsərrüfatı, sənayenin müxtəlif sahələrində əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar vardır.O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yönəldilmiş sülh prosesi barədə səfiri məlumatlandırıb.

Səfir Can Luici Maşa beynəlxalq cəmiyyətin birgə səyi nəticəsində münaqişənin tezliklə sülh yolu ilə nizama salınacağına ümid etdiyini bildirib.Sonra o, qeyd edib ki, onun ölkəsinin iş adamları Azərbaycana böyük maraq göstərirvə o, onların buraya cəlb edilməsi üçün bütün səyini yönəldəcək.

Xəbər lenti

Xəbər lenti