...

N. MƏMMƏDOV: BEYNƏLXALQ CƏMİYYƏT AÇIQ, DÜZGÜN VƏ ƏDALƏTLİ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ ÜÇÜN ZƏMİN YARADILMASINI BƏYAN EDƏRƏK AZƏRBAYCANIN UĞURLARINI BİLDİRİR VƏ BU SEÇKİLƏR KEÇİRİLƏCƏK

Siyasət Materials 5 Sentyabr 2005 15:16 (UTC +04:00)

Beynəlxalq cəmiyyətin nümayəndələri açıq, düzgün və ədalətli seçkilərin keçirilməsi üçün zəmin yaradılmasını bəyan edərək Azərbaycanın uğurlarını bildirir və bu seçkilər keçiriləcək.

Sentyabrın 5-də "Seçkilər və demokratik infkişaf" mövzusunda keçirilən konfransda Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu bəyanatla çıxış edib.

"Şübhəsiz ki, Azərbaycanda uğurlarla yanaşı bəzi çatışmamazlıqlar da vardır. Amma bunlar demokratik seçkilərin keçirilməsinə mane ola bilməz"-deyə N. Məmmədov qeyd edib.

O, "Müsavat" partiyasının lideri İsa Qəmbərin "konfransı "qarşıdurma yerinə" çevirmək" cəhdləri ilə bağlı təəssüfünü bildirib.

""Müsavat" lideri beynəlxalq cəmiyyətdən tənqid tələb edərək çox qəribə mövqe bildirir.Nə üçünsə İ. Qəmbər "boş stəkana" üstünlük verərək "dolu stəkanı" görmək istəmir"-deyə prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri bildirib.O, qeyd edib ki, müxalifət faktları etiraf etmək istəmir.

"Beynəlxalq cəmmiyyət inanır ki, bizim ölkəmizdə şəffaf seçkilər keçiriləcək və Azərbaycan rəhbərliyi bunun üçün mümkün olan hər bir şeyi edəcək"-deyə N. Məmmədov vurğulayıb.

O, xatırladıb ki, bu günlərdə İ.Qəmbər "Vaşinqton Tayms" a məktub göndərib və orada göstərilib ki, Rəsmi Bakı öz ərazisində Amerika bazalarını yerləşdirmək üzrə danışıqlar aparır.Bu, doğru deyil.

"Azərbaycan prezidenti İlham Əliyev də Vaşinqton nümayəndələri kimi bu məlumatı dəfələrlə təkzib edib"-deyə N. Məmmədov bildirib və qeyd edib ki, bu hərəkətlərlə İ. Qəmbər ictimaiyyət qarşısında öz etibarına kölgə salır.

Xəbər lenti

Xəbər lenti