...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA ŞİKAYƏT EDƏCƏK

Siyasət Materials 5 Sentyabr 2005 15:21 (UTC +04:00)

"Müəyyən qüvvələr iki namizədimizin qeyd alınma prosesinə maneçilik yaradır". Bu barədə Trend ə müxalifətyönlü Azərbaycançı Qüvvələr (AQ) seçki blokunun seçki qərargahının rəhbəri Rövşən Əhmədli məlumat verib.

R.Əhmədli bildirib ki, blokun 70 saylı Masallı seçki dairəsindən olan namizədi Vaqif Abdullayev millət vəkili Əhəd Əbiyev və onun yaxın tərəfdarlarının hədəfindədir: "Əbiyevlər Masallını öz nəzarətlərində saxlamağa çalışırlar.
108 saylı Ağstafa seçki dairəsindən namizədimiz olan Elxan Müsayevi isə dini icmanın üzvü olduğundan qeydə almırlar"

Bununla bağlı müvafiq dairə seçki komissiyalarına müraciət olunduğunu qeyd edən R.Əhmədli sentyabrın 7-də keçiriləcək AQ seçki blokunun təsisçilərinin ümumi yığıncağında məsələlərə aydınlıq gətirilib qiymət veriləcəyini bildirib: "Görünür Mərkəzi Seçki Komissiyasına şikayət etməli olacağıq"

Xəbər lenti

Xəbər lenti