...

"QURD QAPI"SINDAKI SİLAHLI QARŞIDURMADA "LOTU QULİ"NİN DƏSTƏ ÜZVLƏRİ OLAN BEYNƏLXALQ DƏRƏCƏLİ İDMANÇILAR İŞTİRAK EDİBLƏR

Siyasət Materials 6 Sentyabr 2005 18:49 (UTC +04:00)

Avqustun 30-da Qaradağ rayonu, Xocahəsən şossesindən "Qurd qapısı" deyilən əraziyə burulan yolda baş vermiş silahlı qarşıdurmanın səbəbləri aydınlaşıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki (DİN BMCMİ) mənbələr məlumat verib.

Həmin silahlı qarşıdurmanın iştirakçılarından olmuş bir nəfər şəxs idarəyə gələrək könüllü şəkildə təslim olub. Həmin şəxslə söhbət zamanı məlum olub ki, "Qurd qapısı"ndakı silahlı qarşıdurma hazırda Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə məhkəməsi keçirilən "Lotu Quli" ləqəbli Nadir Səlifovun dəstəsinin üzvləri ilə Tofaş markalı avtomobillərin satışı ilə məşğul olan və İnqilab küçəsində yerləşən mağazanın sahibi və ona yaxın adamlar arasında olub.

Belə ki, "Lotu Quli"nin dəstəsinin üzvləri mağaza sahibi ilə söhbət etmək üçün onu "Qurd qapısı"na dəvət edib. Mağaza sahibi də ehtiyatı möhkəm tutaraq görüş yerinə yaxın adamları ilə birlikdə gəlib.

Tərəflər arasında söhbət alınmayıb və atışma başlayıb. Nəticədə görüşdə iştirak edən Elnur Salahov soyadlı şəxs yaralanmışdır. O, M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında polis nəzarəti altında müalicə olunur.

Məlumatda o da bildirilir ki, DİN BMCMİ-nə özünü təslim etmiş şəxs mağaza sahibinin yaxınlarındandır. Onun izahatları əsasında hadisədə iştirak etmiş daha bir neçə nəfərin də saxlanıldığı bildirilir. Məlumata görə, atışmada iştirak etmiş dəstə üzvlərinin əksəriyyəti beynəlxalq dərəcəli idmançılardır.

Qeyd edək ki, bu fakt üzrə cinayət işinin istintaqını Bakı Şəhər Prokurorluğu aparır.

Xəbər lenti

Xəbər lenti