...

AZAD RESPUBLİKAÇILAR PARTİYASININ SƏDRİ PREZİDENTƏ MÜRACİƏT EDƏCƏK

Siyasət Materials 7 Sentyabr 2005 14:09 (UTC +04:00)

"Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən mənə qarşı təziyqlərə başlanılıb". Bu barədə Trend agentliyinə iqtidaryönlü "İslahat" seçki blokundan namizədliyi 62 saylı Saatlı seçki dairəsindən qeydə alınan Azad Respublikaçılar Partiyasının (ARP) sədri Kamil Seyidov bildirib.

K.Seyidov bu təzyiqləri rayon hərbi komissarlığında işləyən qardaşı Seyidov Azər Rzaqulu oğlunun Saatlı rayon icra hakimiyyəti başçısının tapşırığı ilə sentyabrın 6-da işdən çıxarılması ilə əlaqələndirib.

Partiya sədri bildirib ki, bu da seçki təbliğatı öncəsi ona qarşı yönələn antitəbliğatın bir mərhələsidir: "Mənim seçkilərdə qələbə qazanacağım bəzi qüvvələri indidən narahat etdiyindən qardaşımı işdən kənarlaşdırmaqla pedaqoji fəaliyyətdə olan bütün qohumlarıma da təzyiqlər edilir".

Məslənin namizədliyi irəli sürülən "İslahat" seçki blokunda müzakirə edildiyini bildirən K.Seyidov: "Mənə qarşı təzyiqlərə son qoyulması üçün blokda təmsil olunan Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Demokratik Azərbaycan Dünyası Partiyası rəhbərlərinin birgə imzaladığı müraciət Respublika Hərbi Prokurorluğuna, Mərkəzi Seçki Komissiyasına, Respublika Hərbi Komissarlığına göndərilib" - deyə bildirib.

K.Seyidov onu da qeyd edib ki, məsələ müsbət həllini tapmazsa, ölkə prezidentinə müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti