"Polşa qarşıdakı parlament seçkilərinin gedişini müşahidə etmək üçün öz müşahidəçilərini Azərbaycana göndərəcək". Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirinin müşaviri Voyçex Quretski bildirib.
Onun sözlərinə görə, polşalı müşahidəçilər Azərbaycana həm beynəlxalq missiyaların, ATƏT və AŞ-nin tərkibində, həm də ayrılıqda Seymdən gələcəklər. Bundan əvvəl isə Polşada prezident və parlament seçkiləri keçiriləcək və onları gedişini Azərbayyandan müşahidəçilər də izləyəcək. "Parlament seçkiləri sentyabrın 9-na, prezident seçkiləri isə oktyabrın 25-nə təyin olunub", - deyə diplomat bildirb.