...

ADP SƏDRİ RƏSUL QULİYEVLƏ BAĞLI ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINDAN APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ

Siyasət Materials 12 Sentyabr 2005 18:10 (UTC +04:00)

Sentyabrın 12-də ADP sədri, deputatlığa namizəd Rəsul Quliyevlə bağlı Azərbaycan Respublikası Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilib. Bu barədə Trend ə Rəsul Quliyevin vəkili Osman Kazımov məlumat verib.

Vəkilin Apellyasiya Məhkəməsinə müraciət etməsinə səbəb sentyabrın 8-də Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qərardır. Həmin qərarla eks-spiker Rəsul Quliyev barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun həbs-qəti imkan tədbiriylə bağlı qərarı qüvvəsində saxlanılıb və bununla da Quliyevin ölkədə keçiriləcək parlament seçkilərinə yolunu bağlayıb.

Apellyasiya şikayətində qeyd olunur ki, R.Quliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı təqsirləndirilən şəxsin 1990-1995-ci illərdə törətdiyi əməllərlə əlaqədar çıxarıldığından, Seçki Məcəlləsinin 70.4-cü maddəsinin müddəaları həmin əməllərə tətbiq edilə bilməz.

Vəkil apellyasiya şikayətində Səbail rayon məhkəməsinin 8 sentyabr 2005-ci il tarixli qərarının, Azərbaycan Respublikası Baş Prokurorunun 27 avqust 2005-ci il tarixli qərarının və Rəsul Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti