...

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ BEYNƏLXALQ HƏRBİ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRİR

Siyasət Materials 14 Sentyabr 2005 13:32 (UTC +04:00)

Sentyabrın 14-dən 16-dək NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq İsveç Krallığının Kunqsangen şəhərində "Vikinq-05" təliminin yekun planlaşdırma konfransı keçirilir.

Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 15-dən 16-dək isə həmin proqram çərçivəsində Belçika Krallığının Brüssel şəhərində Verifikasiya üzrə Əlaqələndirmə Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 15-dən Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uğyun olaraq Bakı şəhərində "Çavuş heyətinin təlim və tədris kursunun proqram təminatı" üzrə seminar keçiriləcək.

Qeyd olunan tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti