...

MSK SƏDRİ SEÇKİDƏ "EXİT-POLL" KEÇİRƏCƏK XARİCİ MÜTƏXƏSSİSLƏRLƏ GÖRÜŞÜB

Siyasət Materials 14 Sentyabr 2005 20:00 (UTC +04:00)

Sentyabrın 14- də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə direktoru Ceyms Qoggini, həmin qurumun məsləhətçisi Livia Maymici, layihələr idarəsi üzrə mütəxəssisi Pərviz Musayevi, ABŞ səfirliyinin nümayəndəsi Paul Neraynı, 6 noyabrda parlament seçkisində "exit-poll" keçirəcək "PA Consulting Group"-un təmsilçiləri Devid Hofmanı və Bob Bamqartneri qəbul edib. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Görüşdə MSK sədri Məzahir Pənahov "exit-poll"(ekzit-pol) keçirilməsi təşəbbüsünün prezident İlham Əliyevin seçki praktikasının təkmilləşdirilmsəinə dair 11 may 2005-ci il tarixli sərəncamından irəli gəldiyini bildirib.

"PA Consulting Group"un təmsilçisi Bob Bamqartneri "exit-poll"la səsvermə arasında paralel aparmağın düzgün olmadığını və bunun sadəcə bir sorğu olduğunu vurğulayıb. B.Bamqartner həmçinin "exit poll" aparılacaq seçki dairələrinin, seçki mənətəqələrin, sorğuya cəlb ediləcək seçicilərin siyasi mülahizələrə əsasən deyil, təsadüfi seçmə yolu ilə müəyyənləşdiriləcəyini deyib. O, 65 seçki dairəsinin, hər dairədən də 15 seçki məntəqəsinin seçiləcəyini diqqətə çatdırıb.

"PA Consulting Group"un digər təmsilçisi Devid Hofman isə bildirib ki, "exit poll" 4 prinsip əsasında aparılır -anonimlik, şəffalıq, neytrallıq və peşəkarlıq. O, burada "exit-poll"u aparacaq şəxslər üçün treninqlər, seçicilər üçün isə maatifləndirmə proqramları həyata keçirəcəklərini deyib.

MSK sədri bildirib ki, "exit-poll" seçki dairələrinin hamısını əhatə etsəydi, daha yaxşı olardı. Qurumun təmsilçisi B. Bamqartner isə deyib ki, bütün dairələrdə "exit-poll" keçirmək onların imkanları xaricindədir və bunun üçün kifayət qədər resurslara malik deyillər.

Xəbər lenti

Xəbər lenti