...

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASININ SƏDRİ VLADİMİR JİRİNOVSKİ İLƏ GÖRÜŞƏCƏK

Siyasət Materials 19 Sentyabr 2005 18:17 (UTC +04:00)

"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri, Rusiya Dövlət Dumasının birinci vitse-spikeri Vladimir Jirinovski ilə görüşü gözlənilir" Bu barədə Trend agentliyinə ALDP sədri Fuad Əliyev məlumat verib.

ALDP sədri F.Əliyev RLDP sədri V.Jirinovski ilə görüşmək üçün oktyabrın ortalarında Moskvaya gedəcəyini planlaşdırıb. Partiya sədri qeyd edib ki, bir neçə gün davam edəcək səfərdə onun Rusiya Dövlət Dumasının deputatları ilə də görüşəcəyi bildirilib: "Mən həmişə Moskva səfərlərimdə onlarla görüşlər keçirib, deputatları Azərbaycandakı siyasi vəziyyətlə tanış edirəm".

V.Jirinovski ilə görüşün nə xarakter daşıyacağı barədə məlumat vermək istəməyən F.Əliyev qeyd edib ki, danışıqlar yenə də ikitərəfli əlaqələrdən və Dağlıq Qarabağ problemindən bəhs ediləcək: "Həmişə olduğu kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni nəşr olunan kitabları Jirinovskiyə aparacam".

Xəbər lenti

Xəbər lenti