...

RAMİL USUBOV: HAZIRDA ÖLKƏDƏ KRİMİNOGEN DURUM TAMAMİLƏ NƏZARƏT ALTINDADIR

Siyasət Materials 22 Sentyabr 2005 14:32 (UTC +04:00)
RAMİL USUBOV: HAZIRDA ÖLKƏDƏ KRİMİNOGEN DURUM TAMAMİLƏ NƏZARƏT ALTINDADIR

Sentyabrın 22-də Azərbaycan Repsublikasının daxili işlər naziri Ramil Usubov DİN mərkəzi aparatında mətbuat konfransı keçirib.

Nazir jurnalistlərin nəzərinə çatdırıb ki, 90-cı illərin əvvəlində kriminogen durumun nəzartdən çıxdığı bir vaxtda, ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və apardığı siyasət nəticədsində ölkədə daxili stabillik bərqərar olub.

İslahatların aparılması, iqtisadi inkişafa nail olunması və nəhayət kriminogen durumun nəzarət altına alınması nəticəsində cinayətkarlığın dinamikası ilbəil azalıb.

Ötən illər ərzində Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyini və Konstitusiya hüquqlarının qorunması istiqamətində imkanlarını heç bir zaman əsirgəməyib. "Təsadüfi deyil ki, ötən illə bu ilin 8 ayını müqayisə etsək, bir daha görərik ki, cinayətkarlığa qarşı mübarizə sahəsində uğurlar artıb.

Məsələn, xüsusilə ağır cinayətlərin sayının 10%-dən çox azalması, ölüm hadisələrinin sayının 6,6% azalması, adam oğurluqları və d. böyük ictimai təhlükə törədən cinayətlərin ötən ilin müvafiq dövrünə nistəbətən azalması müşahidə olunur.

Çox yaxşı haldır ki, ötən ilə nisbətən bu il qanunsuz dövriyyədən narkotik maddələrin götürülməsi faktı da xeyli çoxılıb.

Hazırda ölkədə kriminogen durum tamamilə nəzarət altındadır. İctimai asayişin qorunması, və təmin edilməsi daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir", - R.Usubov qeyd edib.

Xəbər lenti

Xəbər lenti