...

"QARABULAQ" İSTİRAHƏT MƏRKƏZİNİN HƏBSDƏ OLAN DİREKTORUNUN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Siyasət Materials 26 Sentyabr 2005 18:04 (UTC +04:00)

Oktyabrın 7-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Ələkbər Quliyevin sədrliyi ilə "Qarabulaq" İstirahət Mərkəzinin direktoru Xosrov Cavadovun apellyasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə Xosrov Cavadovun vəkili Aydın Nəzərli məlumat verib.

Qeyd edək ki, Xosrov Cavadov hazırda bir sıra ağır cinayəıtlərə görə həbsdə olan Hacı Məmmədovun bacısının əridir. Qanunsuz odlu silah saxlamaqda təqsirləndirilib və avqust ayında Abşeron rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin X.Cavadov çıxarılmış hökmü ədalətsiz hesab edib və apellyasiya şikayətində göstərib ki, silahların ona yox, Hacı Məmmədova məxsus olduğunu həm Hacı Məmmədov, həm də məhkəməyə dəvət olunmuş digər şahidlər də təsdiqləyib.

A.Nəzərli: "Əgər Apellyasiya Məhkəməsi də ədalətli qərar çıxarmasa, yəqin ki, yuxarı instansiyalara müraciət edəcəyik".

Xəbər lenti

Xəbər lenti