Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının demokratik institutlar və insan haqları bürosununun müşahidəçiləri son bir neçə həftə ərzində Azərbaycanda bir sıra müşahidələr aparıblar və onların nəticələri beynəlxalq monitorinq missiyasının ilkin hesabatında öz əksini tapacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Azadlıq" radiostansiyasına müsahibəsində ATƏT-in DİİH missiyasının rəhbəri, səfir Girt Arens (Greet Arens) bildirib.
O qeyd edib ki, hesabat ən yaxın günlərdə elan olunacaq və burada hakim "Yeni Azərbaycan" partiyası nümayəndələrinin atdıqları addımlar, respublikanın yüksək vəzifəli şəxslərinin bəyanatları, həmçinin, İctimai Televiziyanın monitorinqinin nəticələri öz əksini tapacaq.
G.Arens, həmçinin, qeyd edib ki, kütləvi aksiyalarla bağlı bir sıra danışıqlarda iştirak edib. Son zamanlar bir neçə dəfə mitinq keçirilsə də, bu sahədə mövcud problemlər hələ də qalmaqdaır. 25 sentyabr mitinqi isə bunu bir daha sübut edir. Onun sözlərinə görə, mitinqlərin təşkili ilə bağlı problemlərin "həlli mümkündür".
"Biz Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqini aparır və bütün pozuntuları hesabata daxil edirik. Parlament seçkiləri Azərbaycan üçün bir şansdır və dövlətin maraqları ədalətli və açıq seçkilərin keçirilməsini tələb edir", - deyə müşahidə missiyasının rəhbəri bildirib.
ATƏT-in tövsiyyələri Seçki Məcəlləsində nəzərə alınmayıb. Əgər siyasi iradə olsa, hətta seçki komissiyalarının indiki tərkibində də ədalətli seçkilər keçirmək mümkündür.