...

Ə. KƏRİMLİ: HAKİMİYYƏT MÜXALİFƏTLƏ DİALOQDA MARAQLI OLMADIĞINI NÜMAYİŞ ETDİRDİ

Siyasət Materials 29 Sentyabr 2005 20:23 (UTC +04:00)

Azərbaycan hakimiyyəti açıq nümayiş etdirdi ki, müxalifətlə dialoqda maraqlı deyil və onların bütün öncəki bəyanatları "səmimilik"dən uzaqdır. Trend bildirir ki, sentyabrın 29-da Bakıda keçirilən brifinqdə "Azadlıq" seçki blokuna daxil olan AXCP (islahatçılar) lideri Əli Kərimli hakimiyyət nümayəndələrinin müxalifət ilə görüşə gəlməməsini şərh edərkən bu bəyanatla çıxış edib.

"Azərbaycan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi müxalifəti icazəsiz mitinqləri davam etdirməyə məcbur edir"-deyə AXCP (i) lideri bildirib və qeyd deib ki, "Azadlıq" blokunun oktyabrın 1-də mitinq keçirəcəyi qətidir.Ə. Kərimli həm də bildirib ki, sentyabrın 29-da "Azadlıq" bloku nümayəndələrinin iclasında növbəti mitinqin tarixi müəyyən edilib.

Bu mitinq oktyabrın 8-də paytaxtın mərkəzində keçiriləcək.

Eyni zamanda AXCP lideri qeyd edib ki, mitinqlərlə paralel olaraq fərdi etiraz aksiyaları başlayacaq.Belə ki, sentyabrın 30-da "Azadlıq" blokundan 4 deputatlığa namizəd aclıq aksiyasına başlayacaq, aksiyanın detalları cümə günü Bakıda keçiriləcək mətbuat konfransında elan ediləcək.

Xəbər lenti

Xəbər lenti