...

FİNLANDİYALI SAHİBKARLAR AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏK İSTƏYİRLƏR

Siyasət Materials 30 Sentyabr 2005 14:20 (UTC +04:00)
FİNLANDİYALI SAHİBKARLAR AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏK İSTƏYİRLƏR

Finlandiyanın işgüzar adamları Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdırlar. Trend in verdiyi məlumata görə, bu barədə Finlandiya prezidenti Tarya Halonen Bakıda sentyabrın 30-da keçirilən biznes-forumda bləyan edib.

Onun sözlərinə görə, fin sahibkarlar azərbaycanlı həmkarları ilə sıx əlaqələr qurmağa ıə yerli iqtisadiyyatın inkişafı üçün öz töhfələrini verməyə hazırdırlar. Prezident qeyd edib ki, sıx tərəfdaşlığın yaradılması üçün şərt biznesin müdafiəsinin zəmanəti olan etimad hissidir, bu da iki ölkə arasında imzalanan sənədlərdə öz əksini tapıb.

T.Hlonen həmçinin, dünyanın ən korrupsiyasız ölkələrindən biri kimi Finlandiyanın öz təcrübəsini Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu da bildirib.

Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında ölkənin Finlandiya ilə işgüzar əməkdaşlığın inkişaf etdirmək arzusunu bildirib. Onun sözlərinə görə, respublikada xarici investisiyaların cəlb olunması üçün bütün zəruri şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti