"Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında 10 saziş təsdiq edilib. Trend xəbər verir ki, birinci məsələ - Birləşmiş Millətlər Təşkilatının korrupsiya əleyhinə konvensiyasının təsdiq edilməsi haqqında sənəd deputatların müzakirəsinə verilərək qəbul edilib.
Digər qəbul olunmuş sənədlər arasında "Ümumdünya Əqli mülkiyyət təşkilatının (ÜƏMT) müəllif hüququna dair müqaviləsinə qoşulmaq, "ÜƏMT-nin ifalar və holloqramlara dair müqaviləsinə qoşulmaq, "AR və Türkiyə Respublikası arasında birgə kommünikenin təsdiq edilməsi" AR və Türkiyə hökuməti arasında texniki əməkdaşlıq haqqında protokolun təsdiq edilməsi, AR hökuməti və Türkiyə hökuməti arasında müəllif hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi, AR hökuməti və Türkiyə Respublikası hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi, AR hökuməti və Moldova Respublikası hökuməti arasında hava əlaqəsi haqqında sazişin təsdiq edilməsi, AR hökuməti və Moldova Respublikası hökuməti arasında Moldova ərazisində müvəqqəti işləyən Azərbaycan vətəndaşlarının və Azərbaycan ərazisində müvəqqəti işləyən Moldova vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında sazişin tətbiq edilməsi, AR hökuməti və MR hökuməti arasında baytarlıq sanitariya konvensiy
asının təsdiq edilməsi məsələləri müzakirə edilərək qəbul olunub.