...

MAİS SƏFƏRLİ: "ACLIQ AKSİYASI GÜNÜN TƏLƏBİ DEYİL"

Siyasət Materials 30 Sentyabr 2005 17:53 (UTC +04:00)

"Seçki təbliğat-təşviqatı ilə bağlı heç bir namizədə maneə yaradılmayıb. "Azadlıq" bloku nümayəndələrinin bununla bağlı aclıq aksiyasına əl atmaları günün tələbi deyil". Bu barədə Trend agentliyinə Yurddaş Partiyasının sədri, millət vəkili Mais Səfərli bildirib.

M.Səfərli "Azadlıq" bloku nümayəndələrinin məlum aksiyaya əl atmalarını məntiqsiz addım kimi qiymətləndirib: "Şəxsən mənim namizəd olduğum 31 saylı ikinci Xətai seçki dairəsindən 22 namizəd qeydə alınıb. Onların hamısına seçki təbliğatı üçün eyni səviyyədə şərait yaradılıb. Heç bir namizədə təzyiq göstərilmir. Belə olan halda "Azadlıq" hansı təzyiqi bəhanə gətirir".

Millət vəkili "Azadlıq" nümayəndələrinin tələbləri sırasında dövlət tərəfindən onlara "28 may" meydanında mitinq keçirməyə icazə verilməməsi məsələsinə də toxunub: "Dövlət "Azadlıq" üçün əlverişli marşrutlar təklif edib. Şəhərin mərkəzində mitinq keçirməklə "Azadlıq" nə məqsəd güdür? Sözsüz ki, blok qarşıdurmanın yaranmasında maraqlıdır".

Partiya sədri onu da bildirib ki, aclıq aksiyası heç nəyi həll etməyib. Buna görə də nə qədər gec deyil "Azadlıq" bloku bu yoldan dönməlidir.

Xəbər lenti

Xəbər lenti