...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKUNUN RƏHBƏRLİYİ FRANSA SƏFİRLİYİNİN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 4 Oktyabr 2005 18:27 (UTC +04:00)

"Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Bayram Baltii oktyabrın 4-də Azərbaycançı Qüvvələr (AQ) seçki blokunun qərargahında blokun rəhbərliyi ilə görüş keçirib". Bu barədə Trend agentliyinə AQ seçki blokunun təisisçilərindən olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri bildirib.

Görüşün məqsədini açıqlayan AİP sədri qeyd edib ki, Fransa səfirliyinin nümayəndəsi B.Balti AQ seçki blokunun seçkilərə hazırlığı və namizədlərinin seçki təbliğatı ilə maraqlanıb: "Biz üzləşdiyimiz problemləri onun diqqətinə çatdırdıq. Mənim namizədliyimin ləğvi ilə bağlı məhkəmələrin çıxardığı qərar və digər sənədləri də ona təqdim etdik. Təmsil etdiyi dövlətə bu barədə məlumat verəcəyini bildirib".

Görüşdə AQ seçki bloku tərəfindən Xalq Dirçəliş Partiyasının sədri Azər Qasımzadə və blokun MSK-dakı nümayəndəsi Akif Heydərov iştirak edib.

H.Nuri onu da bildirib ki, 28 saylı üçüncü Sabunçu seçki dairəsindən namizədliyinin ləğvi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə artıq müraciət edilib: "Vəkilimin səhhətində bir qədər problem yarandığından Konstitusiya Məhkəməsinə və Ali Məhkəmənin Plenumuna oktyabrın 6-da müraciət edəcəyik".

Xəbər lenti

Xəbər lenti