...

İLHAM ƏLİYEV SABİTLİYİN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATINDA MİLLİ QVARDİYANIN ROLUNU YÜKSƏK QİYMƏTLƏNDİRİB

Siyasət Materials 5 Oktyabr 2005 13:37 (UTC +04:00)
İLHAM ƏLİYEV SABİTLİYİN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATINDA MİLLİ QVARDİYANIN ROLUNU YÜKSƏK QİYMƏTLƏNDİRİB

Azərbaycan prezidenti İlham Əliyev 2005 -ci il oktyabrın 5-də Dövlət Xüsusi Mühafizə Xidmətinin yeni inzibati binasına baş çəkib. Trend in məlumatına görə, dövlət başçısı öz çıxışında ölkədə sabitliyin yaradılmasında milli qvardiyanın rolunu yüksək qiymələndirib. O, milli qvardiyanın Azərbaycanın müstəqillik əldə etməsindən sonra yaradıldığını qeyd edib. "Sabitliyin təmin edilməsi hər bir dövlətin başlıca vəzifəsidir. Burada milli qvardiyanın rolu böyükdür", - deyə İ.Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, hər il hərbi məqsədlər üçün büdcədən ayrılan vəsait artır. Onun sözlərinə görə, əgər 2004-cü ildə bu vəsait 175 milyon dollar idisə, 2005-ci ildə bu rəqəm 300 milyon dollar olub, 2006-cı ildə isə 600 milyon dollar təşkil edəcək. Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aparılmasına baxmayaraq, onlar hələ ki, bir nəticə vermir. "Bununla əlaqədar güclü ordunun olması mühüm əhəmiyyətə malikdir. Biz işğal olunan ərazilərin qaytarılmasına nail olacağıq", -deyə İ.Əliyev bildirib.

Prezident həmçinin, ixrac neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunmasında milli qvardiyanın mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, büdcəyə böyük gəlir gətirəcək Bakı -Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan üçün rolu böyükdür. Dövlət başçısı əmin olduğunu bildirib ki, ixrac boru kəmərinin etibğarlı təhlükəsizliyi təmin olunacaq. Bunun çün müasir texnika alınıb.

Sonda dövlət başçısının "Dövlət Xüsusi Mühafizə Xidmətinin Milli Qvardiyasına döyüş bayrağı verilməsinin qayda və təsviri barədə" sərəncamı oxunub. Eləcə də bəzi hərbçilər göstərdikləri xidmətlərə görə mükafatlandırılıb və onların bir neçəsinə yeni mənzillərin açarı verilib.

Xəbər lenti

Xəbər lenti