...

MDB ÖLKƏLƏRİNİN HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ VƏ PARLAMENTARİLƏRİ FUTBOL OYNAYACAQ

Siyasət Materials 6 Oktyabr 2005 18:23 (UTC +04:00)

MDB-nin yaradılmasının 15 illiyi ilə bağlı olaraq Birlik ölkələrində yubiley tədbirləri keçiriləcək.Bu barədə Trend ə AR xarici işlər nazirliyində bildirilib.

MDB ili elan edilmiş 2006-cı ildə keçiriləcək tədbirlər planı artıq təsdiq olunub.Burada təxminən 20 məsələ, xüsusilə bir neçə beynəlxalq konfrans, seminar və görüşlərin keçirilməsi öz əksini tapıb.Beləliklə, MDB-nin gələcək inkişafı məsələləri üzrə beynəlxalq elmi-praktik konfrans, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə əməkdaşlıq problemləri üzrə, eləcə də "XXI əsrdə MDB mədəniyyət və dillər Dialoqu" adlı konfrans təşkil ediləcək.

2006-cı ildə "EkspoTransAlyans-2006 " dövlətlərarası nəqliyyat forumunun "İnturmarket" adlı ilk sərgisinin, kinoforumlar, festivallar, milli incəsənət və xalq yaradıcılığı ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır.İdman tədbirləri planlarında MDB ölkələrinin Delfiya oyunları, MDB ölkələrinin parlamentariləri və hökumətləri arasında futbol üzrə beynəlxalq turnir, Şuranın kuboku uğrunda sərhəd qoşunları komandanlarının əlbəyaxa döyüş və atıcılıq üzrə yarışı da yer alır.

Xəbər lenti

Xəbər lenti