...

AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKU DEMOKRATİK QÜVVƏLƏR KONQRESİNİN YARANMASI TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDİB

Siyasət Materials 8 Oktyabr 2005 11:08 (UTC +04:00)

"Azərbaycan Naminə seçki bloku Demokratik Qüvvələr Konqresinin (DQK) yaranması təşəbbüsü ilə çıxış edib". Bu barədə Trend agentliyinə adıçəkilən seçki bloku mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

Onun sözlərinə görə, güc mərkəzi kimi demokratik prinsiplərin, bəşəri dəyərlərin, konstitusion müddəaların qorunması və Azərbaycanda demokratiyanın inkişafı üçün bütün demokratik qüvvələrin bir araya gəlməsinə böyük ehtiyac var: "Bu, Azərbaycanda mövcud reallıqdan doğan tələbdir. Ona görə də blok qeyd olunan qüvvələrin vahid mərkəzdə birləşməsi üçün DQK-nin yaranmasını məqsədəuyğun hesab edir".

Azərbaycan Naminə seçki bloku seçkilərin azad və ədalətli keçirilməsində maraqlı olan bütün blokları, siyasi partiyaları və müstəqil namizədləri DQK-də birləşməyə çağırıb və bununla bağlı bəyanat yayıb.

Xəbər lenti

Xəbər lenti