...

MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASLARI OKTYABRIN 19-21-DƏ OLACAQ

Siyasət Materials 13 Oktyabr 2005 15:34 (UTC +04:00)

"Parlamentin növbəti iclasları oktyabrın 19-21-də keçiriləcək". Trend xəbər verir ki, bu barədə Milli Məclisin oktyabrın 13-də Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi ilə bağlı keçirilən toplantısında spiker Murtuz Ələsgərov bildirib.

Spiker bunu parlamentin gündəliyinə çıxarılan "Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsi ilə yanaşı 11 digər məsələlərə dair qanun layihəsinin müzakirəsinin çox vaxt aparacağı ilə bağlayıb: "Parlamentin müzakirəsinə verilən bu qanun layihələri Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyindən müzakirəsini gələn həftə keçiriləcək növbəti iclaslara saxlamaq zəruridir".

M.Ələsgərov eyni zamanda oktyabrın 18-i Milli müstəqillik günü münasibətilə bütün deputatların adından ölkə prezidentini təbrik edib.

Xəbər lenti

Xəbər lenti