...

Keçmiş iqtisadi inkişaf naziri, xarici iqtisadi əlaqələr naziri və "Azpetrol" şirkətlər qrupunun rəhbəri həbs ediliblər

Siyasət Materials 19 Oktyabr 2005 21:02 (UTC +04:00)

Trend ATI telekanalina istinadən xəbər verir ki,oktyabrın 19 keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs olunub. Həmçinin "Azpetrol" şirkətlər qrupunun rəhbəri Rafiq Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilməsi barədə xəbər yayılıb.

Məlumata görə, Rafiq Əliyev Heydər Əliyev beynəlxalq hava limanında Bakı-İstanbul reysi ilə uçan təyyarəyə minərkən yaxalanıb. Onunla birgə olan Dəmir Örən şirkətlər qrupunun rəhbəri, türkiyəli iş adamı Burnan Behçi də həbs edilib. MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev R. və F. Əliyevlərin həbs edilməsi barədə məlumatı təsdiqlədi.

ATV xəbər verir ki, paralel olaraq polisə müqavimət göstərdiyinə görə keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev 15 sutkalıq həbs edilib.

Xəbər lenti

Xəbər lenti