...

T.Devis: Mən Azərbaycan prezidentinin ölkədə parlament seçkilərinə hazırlıqla bağlı imzaladığı sərəncamı təqdir edirəm

Siyasət Materials 27 Oktyabr 2005 11:28 (UTC +04:00)
T.Devis: Mən Azərbaycan prezidentinin ölkədə parlament seçkilərinə hazırlıqla bağlı imzaladığı sərəncamı təqdir edirəm

Trend in xəbər verdiyi kimi, Avropa Şurasının baş katibi Terri Devis Azərbaycan prezidentinin ölkədə parlament seçkilərinə hazırlıqla bağlı imzaladığı sərəncamı təqdir edib.

"Əgər mənim noyabrın 6-da seçkilərdə səs vermək imkanım olsaydı, barmağımın mürəkkəbə batması məni sevindirərdi. Təklif edilmiş tədbirlər, xüsusilə seçicilərin barmaqlarının mürəkkəbə batırılması seçkilərin gedişinə müşahidə etməyə imkan verəcək. Burada isə bir seçici-bir səs" prinsipinə əməl etmək lazımdır", - deyə o qeyd edib.

Mən hər zaman Azərbaycanda seçkilər zamanı barmaqların mürəkkəbə batırılması üsulunun qəbul edilməsinin tərəfdarı olmuşam. Bu, dünyanın bir çox dövlətlərində qəbul olunmuş təcrübədir. Burada ləyaqəti alçaldan heç bir şey yoxdur", - deyə baş katib əlavə edib.

"Əgər mənim seçkilərlə səs vermək imkanım olsaydı və hər bir seçici kimi barmağımı mürəkkəbə batırsaydım, özümü daha sakit hiss edərdim. Çünki o zaman mən heç kimin iki dəfə səs verməyəcəyinə əmin olardım. Ümid edirəm ki, parlament və MSK prezidentin bu sərəncasmını nəzərə alacaq", - deyə T.Devis bildirib.

Xəbər lenti

Xəbər lenti