...

Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Londona gedib

Siyasət Materials 27 Oktyabr 2005 15:38 (UTC +04:00)

"Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə oktybarın 27-də Londona səfər edib". Bu barədə Trend agentliyinə ASDP həmsədrinin özü bildirib.

Səfərin məqsədi barədə qısa məlumat verən A.Əlizadə bildirib ki, ona dəvət "Sosintern"in baş katibi Luis Alyla tərəfindən edilib: "Hələlik görüşdə müzakirə ediləcək məsələlər barədə məlumat verə bilməyəcəm. Çünki bu şəxsi dəvətdir, hər hansı bir toplantı deyil. Yalnız səfərdən qayıtdıqdan sonra geniş məlumat verə bilərəm".

Qeyd edək ki, A.Əlizadənin Londona səfəri oktyabrın 29-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti