...

Avropa Birliyi Azərbaycanın simasında "Yeni Qonşuluq Siyasəti"nin uğurlu iştirakçısını görmək istəyir

Siyasət Materials 28 Oktyabr 2005 20:48 (UTC +04:00)

Biz istəyirik ki, Azərbaycan Avropa Birliyinin "Yeni Qonşuluq Siyasəti" proqramında iştirak etsin və onun uğurlu iştirakçılarından biri olsun. Trend in məlumatına görə, bu barədə Böyük Britaniyanın XİN-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayan Pol oktyabrın 28-də Bsakıda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu proqramın gələcək inkişafı ilə bağlı məsələlər "AB "üçlüyü" missiyasının Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı müzakirə olunub. O qeyd edib ki, proqramın reallaşdırılması dondurulmayıb, lakin "bizim danışıqları istənilən kimi tez başlamaq imkanımız yoxdur".

Cənubi Qafqaz ölkələrinin "Yeni Qonşuluq Siyasəti" proqramına ayrıca qoşulmağın mümkünlüyü barədə danışıqlara gəldikdə B. Pol "heç kimin qatara gecikməyəcəyini" bildirib. Onun sözlərinə görə, bu ölkələr proqrama müxtəlif yüklər və müxtəlif sürətlə daxil ola bilərlər.

Xüsusi nümayəndə bildirib ki, Azərbaycanla Şimali Kipr arasında hava xəttinin açılmaması "daha yaxşı olardı" və "bundan başqa Azərbaycanın fəaliyyətində heç bir səhvin olmadığını" bildirib.

O, həmçinin, Avropanın Nikosiyadan bu məsələdə onu gələcəkdə daha nəyin narahat edə biləcəyini öyrənmək istəyərdi.

Bakıya səfərinin yekunlarından danışan B. Pol prezidentlə, xarici işlər, iqtisadi inkişaf, daxili işlər və müdafiə nazirləri ilə keçirdiyi faydalı görüşlər barədə məlumat verib. "Yeni Qonşuluq Proqramı"nın reallaşdırılması, Avropa Birliyi ilə Azərbaycan arasında fəaliyyət proqramının, qarşıdakı parlament seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti