...

Elmar Məmmədyarov: Danışıqlar prosesi Azərbaycanda və Ermənistanda seçkilərdən dərhal sonra davam etdiriləcək

Siyasət Materials 29 Oktyabr 2005 12:32 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi Azərbaycanda 6 noyabr parlament seçkilərindən və Ermənistanda 28 noyabrda Konstitusiyada dəyişikliklər üzrə referendumdan sonra davam etdiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov jurnalistlərlə söhbətində bildirib.

O, həmçinin, bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda görüşdüklərini və bu görüşün yekunu kimi qarşıdakı iş cədvəli hazırlanıb. "Minsk Qrupu həmsədrlərinin Bakıdakı görüşündən 6 aydan çox vaxt keçir və şübhəsiz ki, yeni səfərin həyata keçirilməsi zərurəti yaranıb", -deyə XİN rəhbəri bildirib.

E.Məmmədyarov həmçinin qeyd edib ki, dekabrın əvvəlində Minsk Qrupu həmsədrlərinin iştirakı ilə ATƏT-in xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Lyublyana iki ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək.

Görüşdən sonra həmsədrlərin regiona səfəri gözlənilir. Bu zaman E.Məmmədyarov qeyd edib ki, Lyublyanadakı görüşün formatı "hələlik razılaşdırılmayıb, lakin bunun üçün hələ vaxt var".

"Biz 2006-cı ildə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişlərin əldə olunması üçün ciddi dialoqu davam etdirməyi planlaşdırırıq", -deyə Azərbaycanın xarici siyasət idarəsini başçısı bildirib və Praqa prosesinin davam etdiriləcəyini və bu günə kimi müzakirələrin 7-9 mövzu ətrafında davam etdirildiyini bildirib.

Qarabağ münaqişəsinin nizamlanması üzrə Beynəlxalq Böhran Qrupunun məruzəsi ilə bağlı rəsmi Bakının mövqeyinə toxunan E. Məmmədyarov belə təşəbbüslərdən tərəflərin "dəstək elementi" kimi istifadə etməsinin mümüknülüyünü bildirib.

"Şübhəsiz ki, bu məruzədə bir sıra məqamlar müəyyən maraq kəsb edir", -deyən nazir bu zaman danışıqlar prosesinin əsas həcminin məhz ATƏT-in Minsk Qrupunun mandatı çərçivəsində həyata keçirildiyini qeyd edib.

Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının nümayəndələrinin Berlində keçirilən görüşünün yekunlarına toxunan E.Məmmədyarov bildirib ki, "Dağlıq Qarabağ Respublikası"nın Avropa Birliyinin "Yaxın Qonşuluq Siyasəti" çərçivəsində danışıqlara cəlb edilməsinin zəruriliyini gülünc hesab edir.

"Dağlıq Qarabağ Respublikası" dünyanın heç bir dövləti tərəfindən tanınmayıb. Qarabağ ermənilərinin beynəlxalq təşkilatlarda hər hansı iştirakı yalnız Azərbaycanın tərkibində mümkündür", -deyə E. Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti