...

Namizədliyi ləğv olunan iki şəxs Ali Məhkəməyə müraciət edib

Siyasət Materials 2 Noyabr 2005 15:03 (UTC +04:00)

"11 saylı Qaradağ seçki dairəsindən olan iki namizəd - Allahyar Əyyubov və Bəybala Əbil Ali Məhkəməyə müraciət edib". Trend xəbər verir ki, səbəb həmin şəxslərin namizədliklərinin ləğv olunmasıdır.

Qeyd edək ki, adıçəkilən şəxslərin namizədlikləri oktybarın 31-də Ali Məhkəmədə Allahyar Əyyubovun işi üzrə hakim İlqar Dəmirov və Bəybala Əbilin işi üzrə isə hakim İsmayıl Vəliyevin sədrliyi ilə keçirilən iclasda ləğv edilib.

Hər iki namizədin mərkəzi seçki qərargahının noyabrın 2-də yaydığı bəyanatda bildirilib ki, onların namizədlikləri qeyri-qanuni şəkildə, kimlərinsə sifarişi əsasında ləğv edilib. Hüquqlarının bərpası istiqamətində hər ki namizəd sonadək mübarizə aparacaqlarını və Ali Məhkəmə Apellyasiya Məhkəməsinin məlum qərarını ləğv etməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməli olacaqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti