...

Lizinqlə vergilərin mənbədən ödənilməsi prosesi dəyişdiriləcək

Siyasət Materials 2 Noyabr 2005 17:00 (UTC +04:00)
Lizinqlə vergilərin mənbədən ödənilməsi prosesi dəyişdiriləcək

Azərbaycanın lizinq şirkətlərinin bir sıra təklifləri ölkənin Vergi Məcəlləsində öz əksini tapıb. Noyabrın 2-də Assossiasiyanın sədri, "Atalizinq"in başçısı Ceyhun Məmmədbəylinin Trend ə veridiyi məlumata görə, verginin ödənilməsi bazası dəyişdiriləcək idxal olunan avadanlığın onun lizinqlə reallaşdırılması zamanı mənbədən ödənilən verginin faiz dərəcələri dəyişdiriləcək.

"Bu günə kimi digər ölkələrdən avadanlıqların idxalının gələcəkdə lizinqlə reallaşdırılması üçün mənbədən vergi sövdələşmənin ümumi məbləğinin 4%-dən alınacaq. Biz ABŞ dolları ilə manat arasında olan fərqin vergiödəmə bazasını qəbul etməyi təklif edirik. Assosiasiyadan bizim təklifimizin qəbul olunması barədə məlumat verilib və avadanlığın daşınması zamanı lizinq üçün mənbədən vergi valyutalar arasındakı fərqin 10%-i həcmində ödəniləcək. Bu zaman valyutalar arasında fərqin 10%-i bütün sövdələşmə məbləğinin 4 %-dən daha az məbləği təşkil edir", - deyə o bildirib.

C.Məmməbəylinin sözlərinə görə, lizinq zamanı bir sıra adda malların ƏDV-dən azad olunması barədə təklif öz əksini tapmayıb. "Bu kifayət qədər mürəkkəb məsələdir və biz onun həllində tələsməməyi qərara almışıq. Hazırda bizimlə Vergilər və Maliyyə Nazirlikləri arasında digər Nazirlik və İdarələrin də daxil olduğu İdarələrarası komissiyanın yaradılması barədə razılaşma var və biz bu komissiyanın çərçivəsində lizinq şirkətləri və dövlət üçün sərfəli olan vergiödənmənin mexanizmini hazırlamağı planlaşdırırıq. Artıq noyabrda biz bu məsələ üzrə görüşlərə başlamağı qərara almışıq ", - deyə C.Məmməbəyli bildirib.

ƏDV-nə gəldikdə Assosiasiyada məsələnin həllinin iki variantı mövcuddur: təsdiq olunmuş plan üzrə bütün malların və bəzi malların vergidən azad olunması. Bununla əlaqədar, 100 -ə yaxın addan ibarət və 25 qrupda birləşdirilmiş malların siyahısı hazırlanıb. İlk növbədə, Azəröbaycanda istehsal olunmayan idxal avadanlıqlarının, qida məhsulları, sənaye, nəqliyyat, tikinti avadanlıqlarının və s. ƏGV-dən azad edilməsi məqsədəuyğun hesab edilir.

Vergilərlə yanaşı, Azərbaycanın Lizinq şirkətləri Assosiasiyası normativlərlə bağlı təklifləri hazırlayır. "Bizdə olan məlumatlara görə, ƏDV də daxil olmaqla bizim bütün təkliflərimiz qəbul edilib. Həmçinin, buraya terminologiyanın vahid şəklə salınması ilə bağlı təklif də daxildir. Çünki bir sıra normativ aktlarda "lizinq" termini bəzən "maliyyə lizinqi" kimi göstərilir", - deyə CöMəmmədbəyli qeyd edib.

Xəbər lenti

Xəbər lenti