...

Mixayıl Margelyov Azərbaycandakı hadisələri "saray çevrilişi"nə cəhd kimi qiymətləndirib

Siyasət Materials 2 Noyabr 2005 19:12 (UTC +04:00)

Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Mixayıl Margelyov Azərbaycandakı hadisələri bilavasitə "saray çevrilişi"nə cəhd kimi qiymətləndirib. Bu barədə Trend RİA "Novosti"-yə istinadən bildirir. "Azərbaycanda baş verənlərlə bir sıra digər postsovet dövlətlərində gərəyan edən "narıncı inqilablar"ı qarışdırmaq olmaz" -deyə o bəyan edib.

Senatorun sözlərinə görə, əgər inqilabi proseslər keçmiş SSRİ respublikalarında "bu inqilabların legitimliyini tanımaq çətin olsa da" əhalinin xeyli hissəsinin dəstəyini qazanmışdısa, Azərbaycandakı hadisələr bir qrup vətəndaşın ölkədəki real vəziyyəti əks etdirməyən təşəbbüsündən başqa bir şey deyil. "Ölkənin coğrafi mövqeyini və onun milli xüsusiyyətlərini nəzərə alaraq mən istisna etmirəm ki, sui-qəsdçilərin arxasında fundamentalizmin yaşıl bayrağı dalğalanır" - deyə o bəyan edib.

Margelyov qeyd edib ki, ölkədə demokratik seçkilərin hazırlandığı bir şəraitdə hakimiyyətin zorla ələ keçirilməsi Azərbaycanda son 15 ildə baş vermiş bütün islahatlara birbaşa zərbə olardı. Senator xüsusilə qeyd edib ki, Azərbaycandakı hadisələri təkcə Rusiya deyil, həm də Avropa Şurası belə qiymətləndirir. " Azərbaycan prezidenti İlham Əliyevin qəbul etdiyi qərarlar, o cümlədən dövlət çevrilişinə cəhdin qarşısının alınması qarşıdakı parlament seçkilərinin demokratikliyinin təmin edilməsinə yönəldilib" -deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti