...

DİİHB qısa müddətli müşahidəçilər üçün brifinq keçirir

Siyasət Materials 3 Noyabr 2005 15:10 (UTC +04:00)

ATƏT-in demokratik institutlar və insan haqları Bürosunun (DİİHB) Bakı ofisi parlament seçkiləri müşahidəçilərinin qısa müddətli missiya nümayəndələri üçün brifinq keçirir. Trend bildirir ki, brifinq bu gün - noyabrın 3-də saat 09.00-dan 18.00-dək "Gülüstan" sarayında qapalı rejimdə keçirilir.

Brifinqdə DİİHB xəttilə gəlmiş "qısa müddətlilər" Azərbaycan haqqında, o cümlədən ictimai-siyasi vəziyyət barədə məlumatlandırılır, hər-hansı hüquq pozuntusunun aşkar edildiyi təqdirdə tədbirlər görülməsi barədə təlimatlandırılır.

Brifinq şənbə gününədək - təxminən 600 nəfər müşahidəçinin bütün qısamüddətli missiya nümayəndələri Bakıya gələnədək keçiriləcək. Təlimat almış müşahidəçilər sonra ölkənin regionlarına yola düşəcək.

Xəbər lenti

Xəbər lenti