...

İqor Kizima: Azərbaycan və Ukrayna prezidentləri hər iki ölkənin Xarici İşlər Nazirliklərinə Ukrayna prezidentinin Azərbaycana səfərinə hazırlıq görməyi tapşırıblar

Siyasət Materials 5 Noyabr 2005 14:38 (UTC +04:00)

Azərbaycan və Ukrayna prezidentləri hər iki ölkənin Xarici İşlər Nazirliklərinə Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfərinə hazırlıq görməyi tapşırıblar. Bu barədə Trend ə eksklüziv olaraq Ukraynanın Azərbaycandakı işləri üzrə müvəqqəti müvəkkili İqor Kizima hər iki dövlət başçısının bu yaxınlarda baş tutmuş telefon bağlantısını şərh edərkən bildirib.

Diplomat gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək qarşıdakı səfərə hazırlıq məsələlərini müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, səfər noyabrın sonuna planlaşdırılıb. O vaxta qədər isə səfər proqramı və danışıqların gündəliyi, həmçinin, imzalanacaq ikitərəfli sənədlər paketi razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti