...

Yaşar Əliyev: "Hələlik seçki məntəqələrindən heç bir şikayət daxil olmayıb"

Siyasət Materials 6 Noyabr 2005 12:47 (UTC +04:00)

Noyabrın 6-da səhər saat 8:00-dan etibarən seçki məntəqələrində start götürən səsvermələr zamanı hər hansı neqativ halla bağlı Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) hələlik heç bir məlumat daxil olmayıb. Bu barədə Trend ə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev məlumat verib.

O bildirib ki, noyabrın 6-da keçiriləcək seçkiylə əlaqədar asayişin qorunması üçün polis əməkdaşları tam təlimatlandırılıblar.

Rəis müavininin sözlərinə görə, o, gün ərzində BŞBPİ-də oturacaq və məntəqələrdə asayişlə bağlı məlumatlar da mərkəzləşdirilmiş şəkildə BŞBPİ-yə ötürüləcək.

"İşi elə qurmuşuq ki, hər hansı neqativ hal baş verərsə, onun qarşısı elə şəkildə alınsın ki, seçicilərin diqqətini öz üzərinə çəkməsin. Çünki bu, seçicilərə mane ola bilər. Hər hansı təxribat və münaqişə baş verərsə, bu barədə Baş İdarə operativ şəkildə məlumatlandırılacaq", - deyə rəis müavini qeyd edib.

Y.Əliyev seçki məntəqələri yaxınlığındakı polis postlarında nəzərdə tutulduğu qədər polis əməkdaşlarının yerləşdirildiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti