...

Beynəlxalq müşahidəçilər seçkilərin şəffaf keçirildiyini qeyd ediblər

Siyasət Materials 7 Noyabr 2005 14:05 (UTC +04:00)

Azərbaycanda noyabrın 6-da keçirilən parlament seçkilərini müşahidə edən bir qrup Beynəlxalq analitiklər seçkilərin yüksək səviyyədə keçirilməsindən razıdırlar. Trend xəbər verir ki, bu barədə noyabrın 7-də Amerika Demokratiya Mərkəzi və London Beynəlxalq Demokratiya İnstitutu tərəfindən seçkiləri müşahidə edən analitiklər keçirdikləri mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, adıçəkilən iki mərkəz 6 (Yasamal, Sabunçu, Əzizbəyov, Suraxanı, Nərimanov və Xətai ) dairə seçki komissiyalarında monitorinq aparıblar. Amerika beynəlxalq assosiasiyası strateji araşdırmalar bölməsinin rəhbəri doktor D.Vudanski qeyd edib ki, "seçkilər demokaratik keçib, heç bir dövlətdə olmadığı kimi Azərbaycanda da bu seçkilərin 100% şəffaf keçirilməməsi şübhəsizdir".

Amerika demokratiya insstitutunun analitiki D.Radışevski qeyd edib ki, Azərbaycandakı seçkilər beynəlxalq standartlar çərçivəsində həyata keçirilib. "Apardığımız monitorinqin nəticələrinə görə, deyə bilərik ki, xırda qanun pozuntularını nəzərə almasaq, seçkilər şəffaf keçirilib", - deyə o bildirib.

London beynəlxalq demokratiya intsitutunun analitiki xanım K.Pirs də seçkilərin obyektiv və şəffəa keçirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti