...

İqbal Babayev: YAP namizədləri qalib gələn partiyalar sırasında liderdir

Siyasət Materials 7 Noyabr 2005 16:37 (UTC +04:00)

6 noyabr parlament seçkilərində qalib gələn namizədlərin partiya mənsubiyyətinə görə hakim "Yeni Azərbaycan" partiyası liderlik edir. Bu barədə Trend ə MSK-nın "Seçkilər" informasiya mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib.

Saat 15.30-a olan son məlumata görə, "Yeni Azərbaycan" partiyasının 63 nəfər namizədi deputat seçilib. İkinci yerdə bitərəflər gəlir, onların sayı 41 nəfərdir. Partiya mənsubiyyəti göstərilməyən namizədlərdən 3 deputat seçilib. 4 nəfər "Müsavat" partiyasının namizədi, 2 nəfər "Vətəndaş həmrəyliyi" partiyasının və 2 nəfər də Azərbaycan xalq cəbhəsi partiyasının namizədi qalib gəlib.

"Ümid", Sosial rifah, Demokratik islahatlar, Böyük quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının isə 1 nəfər namizədi qalib gəlib.

Xəbər lenti

Xəbər lenti