...

Novruz Məmmədov: Zərurət yaranarsa, pozuntuların aşkar olunduğu seçki məntəqələri barədə yeni qərar qəbul ediləcək

Siyasət Materials 8 Noyabr 2005 15:10 (UTC +04:00)

Rəsmi Bakı keçirilən parlament seçkilərinin baş tutduğunu və onun Azərbaycan xalqının iradəsini ifadə etdiyini hesab edir. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklyuziv məlumat verib.

Onun sözlərinə görə, seçkilərlə bağlı müəyyən dedi-qodular olsa da, ümumilikdə "biz böeynəlxalq müşahidəçilər missiyasının rəyini qəbul edirik". "Baxmayaraq ki, belə mövqe bir qədər müxtəlif olsa da, o, seçki prosesində əldə olunan nəticələri təsdiqləyir"- deyə N.Məmmədov əlavə edib. "Biz missiyanın seçkilərin demokratik seçkilərlə bağlı ATƏT-in irəli sürdüyü öhdəliklərin bir hissəsinə, Avropa Şurasının standart və öhdəliklərinə uyğun gəlmədiyini, lakin ümumitlikdə götürdükdə seçkilərin baş tutması barədə fikirlərini neormal qəbul edirik", - deyə N.Məmmədov bildirib və hesabatın 10-a yaxın bəndində seçki prosesində müsbət uğurlardan və 7-8 bəndində isə əsasən icra strukturlarının seçki prosesinə müdaxiləsi ilə bağlı mənfi hallardan bəhs edildiyini qeyd edib.

Bununla yanaşı, seçki ilə bağlı rəsmi Bakının müsbət qiymətləndirdiyi Amerika tərəfinin bəyanatı da mövcuddur. "Hesab edirik ki, onlar seçki prosesinin mahiyyətini düzgün şərh ediblər və bu bəyanatda seçkilərdə müəyyən irəliləyişlərin olduğu qeyd edilir. Ümumilikdə, burada seçki kampaniyasının gedişində də müəyyən irəliləyişlər olduğu və bununla yanaşı, seçki zamanı bir sıra saxtakarlıqları və pozuntulara yol verildiyi və icra orqanlarının seçki prosesinə müdaxiləsi göstərilir", - deyə N.Məmmədov bildirilir.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi seçkilərdə müəyyən pozuntuların və icra orqanlarının bu prosesə müdaxiləsinin olduğunu etiraf edir. Seçkilərlə bağlı bütün şikayət və bəyanatlar MSK-ya və prokurorluğa daxil olur və təhqiqat aparılır. Sonda N.Məmmədov bildirib ki, əgər pozuntuların qeydə alındığı seçki məntəqələri barədə yeni qərar çıxarılmasına zərurət yaranarsa, belə addımlar atılacaq.

Xəbər lenti

Xəbər lenti