...

Elmar Məmmədyarov: Rəsmi Bakı NATO-nun hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinin tərəfdarı deyil

Siyasət Materials 10 Noyabr 2005 13:48 (UTC +04:00)

"Rəsmi Bakı NATO-nun hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinin tərəfdarı deyil". Trend in xəbər verdiyi kimi, belə bəyanatla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

O xatırladıb ki, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq respublika ərazisində hər-hansı bir xarici bazanın yerləşdirilməsi qadağan edilir. Nazir qeyd edib ki, "bazaların yerləşdirilməsi kifayət qədər mürəkkəb prosesdir", belə ki, NATO-ya üzv olan dövlətlər tərəfindən belə qərarın qəbul edilməsi proseduru Alyans ölkələrinin parlamentləri tərəfindən təqdir edilməlidir. Hər bir ölkənin parlamentinin bazaların yerləşdirilməst ilə bağlı öz fikri ola bilər.

Sülhməramlı qüvvələrin regionda yerləşdirilməsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlayan nazir bildirib ki, bu məsələ, ilk növbədə, "bu qüvvələrin mandatı ilə şərtlənib". "Bizsə hələ onu işləyib-hazırlamamışıq. Tərəflər başa düşməlidir ki, bu qüvvələr ATƏT-in Minsk qrupunun iştirakçı ölkələrindən və ya həmsərhəd dövlətlərindən birini təmsil etməyəcək. Bu məsələ ilə bağlı Azərbaycanda və Ermənistanda, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında ümumi anlaşma var", - deyə E.Məmmədyarov qeyd edib.

"Əgər sülhməramlı qüvvələr Cənubi Qafqazda yerləşdirilərsə, o zaman bu, ATƏT çərçivəsində həyata keçiriləcək", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti