...

Narazı namizədlərin birgə Forumunun "Aşıq Ələsgər" Klubunda keçirilməsi nəzərdə tutulub

Siyasət Materials 11 Noyabr 2005 15:51 (UTC +04:00)

Parlament seçkisinin nəticələrindən narazı qalan müxalifətçi namizədlərin noyabrın 16-na təyin etdiyi birgə Forumu "Aşıq Əgəsgər" Klubunda keçiriləcək. Bu barədə Trend ə Forumun təşkilatçılarından biri olan "Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahından məlumat verilib. Bildirilib ki, "Aşıq Ələsgər" Klubunda sözügedən tədbirin keçirilməsi ilə bağlı noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.

Qeyd edək ki, seçki saxtakarlığına etirazını bildirən və hüquqlarının pozulduğunu iddia edən namizədlərdən ibarət İşçi Qrupu yaradılıb. Qrup həmin namizədlərin hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti