Noyabrın 13-də müxalifətin "Azadlıq" bloku metronun "20 yanvar" stansiyasından dövlət Film Fondu binasının qarşısındakı meydanadək icazəli yürüş-mitinq keçirib. Bakı şəhər Baş Polis İdarəsinin məlumatında deyilir ki, "Azadlıq" bloku ilə yanaşı mitinqdə "Yeni siyasət" bloku, Milli birlik hərəkatı, Liberal, Xalq və digər partiyaların nümayəndələri iştirak edib.
Trend məlumata əsasən bildirir ki, aksiya iştirakçılarının ümumi sayı 4500 nəfər təşkil edib.
"Yürüş-mitinq zamanı ictimai asayişin pozulması hallarına yol verilməyib" -deyə Bakı şəhər Baş Polis İdarəsinin məlumatında deyilir.