...

Milli Demokratik Qüvvələr Birliyində fikir ayrılığı yarana bilər

Siyasət Materials 16 Noyabr 2005 13:10 (UTC +04:00)

"Milli Demokratik Qüvvələr Birliyində (MDQB) seçkilərin nəticələri ilə bağlı fikir ayrılığı yaranarsa, partiyaların yolları ayrılacaq". Bu barədə Trend ə MDQB-də təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Qeyd edək ki, MDQB-də BAXCP-dən başqa Təkamül Partiyası da təmsil olunur. Bu partiyanın rəhbəri Teyyub Qənioğlu "Azadlıq" seçki blokunun seçkilərdə hüququ pozulan namizədlərlə bağlı keçirdiyi toplantıda iştirak edib. Millət vəkili seçilən BAXCP-nin sədri Qüdrət Həsənquliyev isə seçkilərin demokratik keçirildiyini bəyan edib.

E.Mirzəbəyli onu da bildirib ki, MDQB yalnız Mərkəzi Seçki Komissiyasının gəldiyi son qənaətdən sonra seçkilərin nəticələrinə münasibət bildirəcək: "Teyyub Qənioğlu "Azadlıq" blokunun seçkilərin yenidən keçirilməsi ilə bağlı mübarizəsinə qoşulmaq barədə MDQB-ə müraciət etməyib. Ancaq güman edirəm ki, iki partiya rəhbəri arasında məsələ müsbət həllini tapacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti