...

Mahmud Məmmədquliyev: Azərbaycanın XİN Qars-Gömrü dəmiryolu qolunun açılması üzrə məsələni müzakirə edir

Siyasət Materials 24 Noyabr 2005 18:43 (UTC +04:00)
Mahmud Məmmədquliyev: Azərbaycanın XİN  Qars-Gömrü dəmiryolu qolunun açılması üzrə məsələni müzakirə edir

Azərbaycanın XİN Qars (Türkiyə) və Görü (Ermənistan) arasında dəmiryol qolunun açılışının Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tərəfindən bəyənilməsi məsələsini öyrənir. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Tiranada təşkilatın Baş Assambleyasının növbəti sessiyası zamanı belə bir tövsiyyənin qəbul edilməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət idarəsinin gələcək fəaliyyəti bu məsələnin öyrənilməsinin nəticələrindən asılı olacaq və XİN vəziyyətə müvafiq addımlar qəbul edəcək.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş Assambleyasının bu günlərdə keçirilən iclasında Azərbaycanın nümayəndə heyətinin orada olmamasından istifadə edən erməni nümayəndələri Qars-Gömrü dəmiryolu qolunun açılması barədə məsələ qaldırıblar və nəticədə təşkilat bu qolun açılmasını tövsiyyə edən sənəd qəbul edib.

Qara dəniz İqtisadi Təşkilatının Parlament Assambleyası Komitəsinin sədri, Milli Məclisin deputatı Şayəddin Əliyevin Trend ə verdiyi məlumata görə, təşkilatın Baş Assambleyasının tövsiyəsi heç bir hüquqi qüvvəyə malik deyil.

Xəbər lenti

Xəbər lenti