...

Asim Mollazadə Litva prezidenti Valdus Adamkusla görüşüb

Siyasət Materials 25 Noyabr 2005 14:43 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə "Postsovet məkanı ölkələrinin ümumi və fərqli cəhətləri" mövzusunda konfransda iştirak etmək üçün Latviyanın paytaxtı Vilnüs şəhərindədir. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Mərkəzi və Şərqi Avropa ientellektuallarının bu toplantısı Litva parlamenti və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur. Səfər çərçivəsində Asim Mollazadə Litva prezidenti Valdus Adamkusla görüşüb. Görüşdə Baltikyanı və Cənubi Qafqaz ölkələri arasındakı münasibətlər müzakirə olunub. Baltikyanı dövlətlərin Avroatlantik strukturlarına inteqrasiya prosesində Cənubi Qafqaz ölkələrinə yardım göstərməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti