...

6 seçki dairəsi üzrə Dairə Seçki Komissiyalarının tərkibi buraxılıb

Siyasət Materials 26 Noyabr 2005 18:40 (UTC +04:00)

Noyabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda seçkilərin hazırlanması və keçirilməsi dövründə fəaliyyətlərində nöqsanlara yol vermiş dairə və məntəqə seçki komissiyaları haqqında müzakirələr aparılıb. MSK üzvü Azər Tağıyev məruzəsində bildirib ki, 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami (Gəncə) ikinci, 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala, 125 saylı Zəngilan-Qubadlı, 119 saylı Ağdam kənd seçki dairələrində çoxsaylı qanun pozuntuları olub və MSK tərəfindən bu dairələrin ümumilikdə 108 seçki məntəqəsinin nəticələri ləğv edilib. Bunu əsas gətirərək A. Tağıyev həmin dairələrin dairə seçki komissiyalarının tərkibinin buraxılmasını təklif edib. Təklif səs qoyulub və səs çoxluğu ilə qəbul edilib.

Beləliklə, 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami (Gəncə) ikinci, 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala, 125 saylı Zəngilan-Qubadlı, 119 saylı Ağdam kənd seçki dairələrində dairə seçki komissiyalarının tərkibi tamam buraxılıb.

Xəbər lenti

Xəbər lenti