...

Əli Əliyev: "Aksiyaların oturaq olub-olmaması əsas şərt deyil"

Siyasət Materials 28 Noyabr 2005 19:48 (UTC +04:00)

"Etiraz aksiyalarının oturaq olub-olmaması ikinci dərəcəli məsələdir. Əsas şərt bu aksiyaların davam etdirilməsi və geri çəkilməməkdir". Bu fikirləri Trend ə açıqlamasında "Yeni Siyasət" blokunun həmtəsisçisi, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, "Yeni Siyasət" bloku dekabrın 3-də və ondan sonrakı bütün aksiyalarda yenə də iştirak edəcək. Növbəti mitinqlərin oturaq xarakter alıb-almayacağı isə meydan iştirakçılarının qərarından asılı olacaq. Əli Əliyev noyabrın 26-da keçirilən mitinqdə müxalifət liderlərinin oturaq aksiya ilə bağlı fərqli fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib ki, hər kəs bu məsələdə öz şəxsi fikrini səsləndirib. Lakin sonda meydanda toplaşan insan izdihamı hansı qərarı verirsə, o əsas götürülür və icra olunur: "Noyabrın 26-da ayrı-ayrı liderlərin hansı fikirlər səsləndirməsindən asılı olmayaraq, meydan iştirakçıları oturaq aksiyaya üstünlük verdi, amma bu qərarın icra olunmasına imkan verilmədi. Bundan sonrakı aksiyalarda isə qarşıya qoyulan əsas məqsəd aparılan mübarizənin daha geniş vüsət almasına, real olmasına inam yaratmaqdır",- deyə Əli Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti