"Müxalifətin Birləşmiş Mitinq Təşkilatının qərarına əsasən, dekabrın 10-u və 17-də "Qələbə" meydanında növbəti aksiyaların keçirilməsi qərara alınıb". Bu barədə Trend ə "Azadlıq" blokunun mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib.
N.İsmayılov qeyd edib ki, dekabrın 10-u həm də Beynəlxalq İnsan Haqları Günü olduğundan belə qərara alınıb: "Etiraz aksiyamızın əsas şüarı Azərbaycanda insan haqlarının qorunması ilə bağlı olacaq".
N.İsmayılov dekabrın 10-u və 17-nə planlaşdırılan mitinqlə bağlı Bakı meriyasına gələn həftə müraciət ediləcəyini vurğulayıb.