...

Azərbaycanın XİN başçısı Lyublyanadan Səudiyyə Ərəbistanına gedəcək

Siyasət Materials 5 Dekabr 2005 14:54 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri dekabrın 6-da Lyublyanadan (Sloveniya) Ciddəyə (Səudiyyə Ərəbistanı) yola düşəcək. Bu barədə Trend ə AR XİN-in mətbuat mərkəzində bildirilib.

Nazir dekabrın 4-dən etibarən ATƏT-in üzvü ölkələrin XİN başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Lyublyanadadır. Birinci gün o, Lyublyananın meri Danik Simşıç ilə görüşüb. Dekabrın 5-də iclasda iştirak və çıxışla yanaşı nazir Lixtenşteynin xarici işlər və immiqrasiya naziri Yan Asselborn, Rumıniya XİN başçısı Mixay Razvan Unquryan, ATƏT-in baş katibi Mark Perren de Brişambo ilə görüşmək niyyətindədir. Həmçinin Kiprin xarici işlər naziri Georg Yakov, DİİHB-in direktoru Kristian Ştroxal, ABŞ dövlət katibinin müavini Nikolas Berns ilə görüşlər planlaşdırılıb. Dekabrın 5-də həmçinin nazir GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələrinin XİN başçıları ilə görüşmək niyyətindədir.

Dekabrın 6-8-də E.Məmmədyarov Ciddədə olacaq və orada keçiriləcək İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin XİN başçılarının iclasında və həmin təşkilatın sammitində iştirak edəcək.

Nazirlərin dekabrın 5-6-na planlaşdırılmış iclasında təşkilatın perspektivləri, inkişafı və təkmilləşdirilməsi məsələləri müzakirə ediləcək.

Lyublyanada forum zamanı Baltik və Cənubi Qafqaz ölkələri XİN başçılarının 3 + 3 formatında görüşünün keçirilməsi planlaşdırılır. Bu iki regiona arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması məsələsinin müzakirə edilməsi üçün E.Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti