...

Paytaxda tıxacların qarşısının alınması üçün Bakı şəhər polis idarəsi tədbirlər planı hazırlayıb

Siyasət Materials 5 Dekabr 2005 16:08 (UTC +04:00)

Paytaxtda tıxacların qarşısının alınması üçün Bakı şəhər polis idarəsi tədbirlər planı hazırlayıb. Bu barədə Trend ə həmin idarədən bildirilib.

Buna əsasən paytaxt ərazisində dövlət səviyyəli tədbirlər həyata keçirilərkən təhlükəsizlik tədbirləri Bakı şəhər dövlət yol polisi idarəsi tərəfindən təmin ediləcək. Tıxacların qarşısı isə rayon polis idarələri tərəfindən alınacaq. Bu məqsədlə polis idarəsi əlavə qüvvələr cəlb etmək niyyətindədir.

Eyni zamanda paytaxtda tıxacların qarşısının alınması üçün yollarda avtomatik idarəetmə sisteminin yaradılması da planlaşdirılır. Hərəkətin sıx olduğu 8 yol ayrıcında xüsüsi qurğular quraşdırılacaq ki, bu da uzaqdan idarəetmə üsulu ilə avtomobillərin və işıqforların fəaliyyətini tənzimləməyə imkan verəcək. Respublika Dövlət yol polisindən artıq lazımi texniki vasitələrin və avadanlıqların alındığı bildirilib. Hazırda kabellərin keçəcəyi yerlər müəyyənləşdirilir. Həmçinin işıqforları idarə edən qutuların da yeniləşdirilməsi nəzərdə tutulur. Bu işlərin reallaşdırılmasına 2006-cı ilin yanvarından başlamaq planlaşdırılr.

Xəbər lenti

Xəbər lenti